"30 ilin həsrəti"

 Noyabrın 7-də məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mustafayeva və şagirdlərin iştirakı ilə "30 ilin həsrəti" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin iştirak etdiyi səhnəciklər qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə məktəbin məzunları olmuş veteranlar Ə.Mirsahib, Q.Nemət, müharibədə iştirak etmiş valideynlər C.Zamin, M.Kamran dəvətlilər arasında yer alıblar. Veteranlar öz təəssüratlarını şagirdlər ilə bölüşüblər.

 Sonda məktəbin direktoru Əzizə Abasova qonaqlara təşəkkürünü bildirib. 

 Qarabağ Azərbaycandır! 

  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi