Hərbi Qənimətlər Parkına ekskursiya
Məktəbin ibtidai sinif şagirdləri Hərbi Qənimətlər Parkına ekskursiya ediblər. Parkın Azərbaycan Silahlı Qüvvələrinin II Qarabağ Müharibəsində qazandığı qələbəyə həsr olunaraq salınması diqqətə çatdırılıb. 2000-dən çox avtomobil nömrə nişanlarından hazırlanan lövhə, Şuşaya atılmış "İskəndər M" raketinin qalıqları, ermənilər tərəfindən 30 il ərzində tikilmiş 10 elementdən ibarət mühəndis-maneələr sistemini əks etdirən ərazi şagirdlərin marağına səbəb olub.