"Dövlət Bayrağı Günü"
Noyabrın 6-da "Dövlət Bayrağı Günü" münasibətilə məktəbdə yürüş keçirilib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüş bitdikdən sonra şagirdlər bayrağımız uğrunda qan tökən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, ardınca Bayraq Gününə həsr edilmiş sərgi ilə tanış olublar.