“Mən respublikamızın çiçəklənməsi üçün nə edərdim” mövzusunda tədbir keçirilib

Yanvarın 26-da “Mən respublikamızın çiçəklənməsi üçün nə edərdim” mövzusunda tədbir keçirilib.Tədbirdə Mərkəzi Bankın İqtisadi Maarifləndirmə Xidmətinin mütəxəssisləri Fərəh Əliyeva, Lamiyə Qaralova, məktəb müdiriyyəti, fənn müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru L.Baxşıyeva respublikamızda gedən quruculuq işləri haqqında geniş məlumat verib. Leyla xanım bildirib ki, XX əsrin sonunda bəşəriyyət ekoloji fəlakətlə üzləşdiyi vaxtda Respublika Prezidenti İ.Əliyev sərəncamları ilə bir sıra mühüm tədbirlər həyata keçirilib. Hər bir ölkənin qüdrətli olması üçün onun güclü ordusu və möhtəşəm iqtisadiyyatı, yüksək təhsilli mütəxəssisləri olmalıdır. İqtisadiyyatın yüksəldilməsi insanların maddi rifahının yüksəlməsi deməkdir. Amma bunu da bilirik ki, iqtisadiyyatın inkişafı ekologiyanın çirklənməsinə gətirib çıxarır. Zavod, fabriklərdən çıxan çirkli hava, torpaq səthinin çirklənməsi, içməli su hövzələrinin çirklənməsinin qarşısını almaq üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Mərkəzi Bankın İqtisadi Maarifləndirmə Xidmətinin mütəxəssisləri Fərəh Əliyeva və Qaralova Lamiyə şagirdlərə öz tövsiyələrini veriblər. Aşağı sinif şagirdləri arasında maarifləndirmə məsələsi də gündəmə gətirilib. Daha sonra şagirdlər öz referant və rəsm əsərlərini nümayiş ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi