"Dəyirmi masa" keçirilib

Noyabrın 4-də məktəbdə "Şuşa-Qarabağın döyünən ürəyidir" adlı "dəyirmi masa" keçirilib. Şagirdlər C.Morye və R.Burterin Şuşanın eradan əvvəl insan məskəni olduğu fikirləri ilə tanış olublar. Nadir şah Əfşarın ölümündən sonra Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi haqqında məlumat alıblar.
Daha sonra tarixi faktlar şagirdlərə nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyevin "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur" fikirləri şüar kimi səsləndirilib.