"Yol hərəkəti qaydaları uşaqların gözü ilə"
Oktyabrın 30-da məktəbdə "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltməkdən ibarət olub.
Tədbirdə iştirak edən məktəblilər əyani şəkildə yol hərəkəti qaydalarını nümayiş etdirib.