"Zəfər Günü"nə həsr olunmuş məktəbdaxili yarış keçirilib

Oktyabrın 25-də məktəbdə "Zəfər Günü"nə həsr olunmuş məktəbdaxili "Qol güləşi" və "Kəndirdartma üzrə yarış keçirilib. Yarışda IX, X sinif şagirdləri iştirak ediblər. Həlledici mərhələdə X sinif şagirdləri nəticə hesabı ilə qalib gəliblər. İdman yarışının keçirilməsi idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəbliləri sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir.