"Narkomaniya ilə mübarizə" mövzusunda növbəti tədbir

Oktyabrın 20-də məktəbdə "Narkomaniya ilə mübarizə" mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın sədri Zahid Xəlilov, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nin işçi qrupunun əməkdaşı Vasif Əliyev, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis polkovnik leytenantı Valeh Əliyev, "Kərbəlayi Abdulla" məscidi dini icmasının rəhbəri Hacı Ağasəlim, "Narkotizmlə mübarizə" İctimai Birliyinin sədri Kənan Qubadzadə, "Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, İctimai səhiyyə və islahatlar mərkəzinin həkimi Ülkər Camalova iştirak ediblər. 

  Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. 

  Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın sədri Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. 

  Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanıb.

 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi