"Uşaq müdafiəsi və təhlükəsizliyi" adlı layihə keçirilib

ETN, UNİCEF, BŞTİ və ARTİ-nin birgə təşkilatçılığı ilə məktəbdə artıq 3-cü ildir ki, "Uşaq müdafiəsi və təhlükəsizliyi" adlı layihə keçirilir. Layihə çərçivəsində həyata keçirilən tədbirlər içərisində şagirdlərin maarifləndirilməsi istiqamətində işlər aparılır. Artıq ARTİ tərəfindən monitorinqlərə start verilib və ARTİ-nin əməkdaşı Çinarə Şirinova oktyabrın 18-də məktəbdə olub, görülən işlərlə yaxından tanış olub, layihə çərçivəsində şagirdlərlə görüş keçirib.