18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

Məktəbin tarix müəllimi Vüsal Qafarov 18 Oktyabr Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirib. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsi imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməsindən söz açıb. 1991-ci il oktyabr ayının 18-də isə Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi haqqında məlumat verib. Müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyətinin nə qədər önəm kəsb etdiyi diqqətə çatdırıb. Müstəqilliyimizə həsr edilmiş videoçarx nümayiş etdirilib. Ulu öndər H.Əliyevin örnək fikirləri səsləndirilib. Ölkə prezidentinin gənclərə tövsiyələri diqqətə çatdırılıb. 

Sonda Azərbaycanın müstəqilliyi uğrunda canından keçən Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi