Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb
Oktyabrın 2-də məktəbdə beşyaşlıların cəlb olunduğu məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Məktəbin direktoru Əzizə Abasova bu münasibətilə hər kəsi təbrik edib və uşaqlara uğurlar arzulayıb. Bu qrupların psixoloji dayanıqlığı artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmək üçün yaradıldığını vurğulayan məktəbin rəhbər işçiləri məktəbin direktoru Əzizə Abasovanın şagirdlər üçün hazırladığı hədiyyələri beşyaşlılara təqdim ediblər.