27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 nömrəli əmri ilə təsdiq edilmiş "27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın əlavəsinə uyğun olaraq məktəbdə tədbir keçirilib. Tədbirdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Vətən Müharibəsi ilə əlaqədar çıxışı dinlənilib. Şagirdlərin hazırladıqları səhnəciklər nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Xətai rayon nümayəndə sədri və Milli Qəhrəman Əliyev Rövşən Nəriman oğlunun bacısı Aliyeva Fəranə  Nəriman qızı, II Qarabağ müharibəsinin veteranı və məktəbin məzunu Şahmar Yusifov qonaq qismində iştirak ediblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi