"Dəyirmi masa" keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 nömrəli əmri ilə təsdiq edilmiş "27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın əlavəsinə uyğun olaraq məktəbdə "dəyirmi masa" keçirilib. 

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur oğullarımızın göstərdiyi şücaət bir daha sübut etdi ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Qalib ölkənin vətəndaşı olmaq sevincini yaşadan qəhrəmanların ruhu bir dəqiqəlik sükutla anılıb. Vətən müharibəsində döyüşən və şanlı tarix yazaraq qazi olan oğullarımızın döyüş yolu diqqətə çatdırılıb. Ölkə prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb. 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi