Pedaqoji Şura İclası

Sentyabrın 14-də məktəbdə 2023-2024-cü il dərs ilinin başlanması ilə əlaqədar Pedaqoji Şura iclası keçirilib. İclasda məktəbin direktoru Əzizə Abasova, təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Xankişiyeva, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Cəfərova Qönçə çıxış edərək qarşıda duran məsələr barədə fikirlər səsləndirib, fəaliyyət planından irəli gələrək lazımi işlərin görülməsinin vacibliyi vurğulanıb. 

İclas məktəbin direktoru Əzizə Abasovanın çıxışı ilə başlayıb. O, əvvəlcə məktəbə yeni təyin olunan müəllimləri pedaqoji heyətə təqdim edib, daha sonra ötən tədris ilinin yekunu və nəticəsi ilə bağlı müəllimləri məlumatlandırıb. Ötən tədris ilinin yekununda yüksək nəticə göstərən şagirdlərin uğurları barədə danışdıqdan sonra, zəif nəticə göstərən şagirdlərin işinin təşkili ilə bağlı tövsiyələrini verib. Mərkəzləşdirilmiş imtahanlarda məktəb şagirdlərinin daha yaxşı nəticə göstərə bilməsi üçün əhəmiyyətli olan tədbirlərin təşkili iclasda geniş şəkildə müzakirə edilib, həmçinin qeyd olunub ki, məktəbdə yeni tədris ilində peşə təmayüllü siniflər fəaliyyət göstərəcəkdir. Layihə çərçivəsində aşpazlıq və kompüter dizaynı ixtisasının tədrisinə başlanılacaqdır. Bu barədə məktəbin direktoru və layihəni həyata keçirəcək məsul şəxslər ətraflı məlumat veriblər. Bildirilib ki, layihənin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılması və əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. 

İclasın sonunda məktəb rəhbərliyi pedaqoji kollektivə yeni dərs ili üçün uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi