Sinif rəhbərlərinin iclası

Sentyabrın 12-də məktəbdə 2023-2024-cü il tədris ilinin başlanması ilə əlaqədar V-XI siniflərin sinif rəhbərlərinin iclası keçirilib. İclasda çıxış edən sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Qönçə Cəfərova tərəfindən tərbiyə işinin təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması, şagirdlərin sağlam psixoloji mühitinin qorunub-saxlanılması istiqamətində fikirlər səsləndirilib. Şagirdlərin şəxsiyyət kimi formalaşması istiqamətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.