1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar məktəbdə tədbir keçirilib. Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə məlumat verilib. Bildirilib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Vurğulanıb ki, Azərbaycanda hər zaman uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür.

Tədbiri hazırlayan 4 "A" sinif şagirdləri səliqəli, göz oxşayan geyimlə səhnəyə çıxıblar. Onlar uşaqlar haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər. Vətənpərvər olduqlarını hər çıxışlarında hiss etdiriblər. Hazırladıqları rəqslərlə hamını sevindiriblər.

Sonda məktəbin direktoru Əzizə Abasova uşaqları təbrik edib və onlara 4-cü sinfi müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikat təqdim edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi