Milli Qəhrəman Yusif Mirzəyevin doğum gününə həsr olunmuş tədbir

Mayın 23-ü məktəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. İlk olaraq tədbirdə Vətən uğrunda canını qəhrəmancasına fəda etmiş şəhid Yusif Mirzəyevin əziz xatirəsi yad edilib. Tədbirdə Milli Qəhrəman Yusif Mirzəyevin bacısı Nailə Mirzəyeva, Nəsimi rayonu Milli Qəhrəman Təşkilatının rəhbəri Eldəniz Məmmədov, Nəsimi rayon Milli Qəhrəman Təşkilatının müavini Əhməd Rahani, 2016-cı il Aprel qazisi, Vətən Müharibəsi iştirakçısı Ədhəm Məmmədov, Milli Qəhrəman bacısı, Milli Qəhrəman Təşkilatının sədr müavini Əliyeva Fərqanə, Milli Qəhrəman Birliyi Xəzər filialının rəhbəri Əzimov Elçin  qonaq qismində iştirak ediblər. 

Tədbirdə məktəbin direktoru Əzizə Abasova çıxış edərək, Yusif Mirzəyevin həyatı və keçdiyi döyüş yolu haqqında danışıb. Şagirdlər qəhrəmana həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. Şagirdlərin ifasında səhnəcik təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi