Şagirdin uğuru
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və ADRA-nın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilmiş "Milli mətbəximiz şagirdlərin fırçasında" adlı rəsm müsabiqəsində məktəbin 8"A" sinif şagirdi Ağahüseynova Bilqeyis qalibiyyət əldə edərək 3-cü yerə layiq görülüb. Şagirdi təbrik edir, ona təhsilində uğurlar arzu edirik.