"Əsrin Lideri"
Mayın 16-da məktəbin şagird-müəllim kollektivinin birgə iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və onun əziz xatirəsinə həsr olunmuş "Əsrin Lideri" adlı qısa bədii filmin təqdimat mərasimi keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Milli Məclisin deputatı Nigar Arpadarayi, İctimai Şuranın katibi Rüfət Əsədzadə qonaq qismində iştirak ediblər.
Müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!