Məktəbdə “20 Yanvar Azadlığa gedən yolun zirvəsidir” mövzusunda ədəbi - bədii kompozisiya keçirilib

Məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “20 Yanvar Azadlığa gedən yolun zirvəsidir” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.Tədbiri giriş sözü ilə Tamilla Xankişiyeva açıb. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra, 20 Yanvar şəhidərinin ruhu 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Tamilla Xankişiyeva Azərbaycan azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə taixinə qəhrəmanlıq səhifəsi kimi yazılan, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının qəhrəmanlıq yolu haqqında məlumat verib. Sonra şagirdlər bir-birindən maraqlı musiqilər, səhnəciklər və şeirlərlə çıxış ediblər. Göstərilən səhnəciklər o qədər təsirli olub ki, tədbir iştirakçılarını duyğulandırıb. Dəvət olunmuş 20 Yanvar hadisələrinin iştirakçıları o gecənin dəhşətlərindən və xalqımızın həmrəyliyindən danışıblar. Onlar şagirdlərimizə Vətənimizin 20 Yanvar şəhidləri və qaziləri kimi sevməyi, lazım gələrsə canlarından keçmələrini tövsiyə ediblər. Daha sonra məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi C.Həşimova bu qəhrəmanlıq salnaməsinin xalqımızın zəfər tarixi olduğu haqqında məlumat verib. Ulu öndərimiz Heydər Əliyevin həmişə olduğu kimi o qara günlərdə də xalqın yanında olmasından, hadisələrə böyük cəsarətlə siyasi qiymət verməsindən söhbət açıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi