Ulu Öndərə həsr olunmuş konfrans keçirilib

Mayın 10-da məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş sözü ilə açan məktəbin təşkilatçı müavini Qönçə Cəfərova dahi şəxsiyyətin həyat yolundan, Azərbaycan tarixindəki misilsiz xidmətindən danışıb. Azərbaycanın sosial-iqtisadi sahədə uğurlarının məhz Ümummilli Liderin əməyinin nəticəsi olduğu vurğulanıb. Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, dilin saflığı, təmizliyi istiqamətində yeritdiyi siyasətdən bəhs edilib. Konfrans məruzələr ətrafında çıxışlarla davam etdirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi