"Şahin" hərbi idman oyunları keçirilib

Aprelin 20-də Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən "Şahin" hərbi idman oyununun Nəsimi rayon birinciliyinin məktəblərarası yarışları keçirilib. 

Komandanın tərkibi Əsasnaməyə uyğun olaraq 14 nəfərdən ibarət idi. İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər. Məqsədyönlü işin nəticəsində ildən-ilə məktəblilərin oyuna cəlb olunması sahəsində kütləviliyə nail olunub, komandalar arasında rəqabət güclənib, məktəblilərin hərbi-fiziki hazırlığında müsbət irəliləyişlər müşahidə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi