"Dəyirmi masa" keçirilib
Aprelin 20-də məktəbin hərbi rəhbəri Rauf Nəcəfquliyev tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar "dəyirmi masa" keçirilib. Elmi əsərləri ilə oftalmologiya sahəsini yüksəklərə qaldıran alimin əvəzsiz xidmətlərindən söhbət açılıb. Zərifə Əliyevanın milli-mənəvi və yüksək əxlaqi dəyərləri özündə təcəssüm etdirən humanist bir insan olduğu diqqətə çatdırılıb.