Məktəbdə “Qanlı şənbə gecəsi rənglərin dilində” mövzusunda sərgi təşkil edilib

Məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qanlı şənbə gecəsi rənglərin dilində” mövzusunda sərgi təşkil edilib. Sərgidə məktəbdə təhsil alan gənc rəssamların sulu və yağlı boya ilə çəkdikləri şəkillər, müxtəlif plakat və divar qəzetləri, şəhidlərimizin qərənfillərlə bəzədilmiş fotoşəkilləri, şamlarla işıqlandırılan güşədə öz əksini tapıb. Sərgi məktəbdə böyük maraq doğurub. Bu gün həm də məktəbimizdə dəyirmi masa təşkil edilib. Dəyirmi masa iştirakçılarına məktəbimizin tədris hissə müdiri Tamilla Xankişiyeva 20 Yanvar hadisələrinin qəhrəmanlıq tarixi barədə məlumat verib. Ədəbiyyat müəllimi Ceyran Həşimova bu qanlı hadisələrin canlı şahidi olduğunu qeyd edib. Müəllimə bildirib ki, bu gün bizim azadlıq uğrunda mübarizəmizin şanlı tarixidir. Xalqımız öz birlik və həmrəyliyini bu gün nümayiş etdirib. Heydər Əliyevin qətiyyətli davranışı, hadisələrə siyasi qiymət verməsi, xalqımızın dar günündə onun yanında olması, ulu öndərimizin dolu siyasətinin nəticəsidir. Sinif rəhbəri Xatirə Müseyibova şagirdlərlə birlikdə Şəhidlər xiyabanına ziyarət təşki edib və onlara xalqımızın azadlıq mübarizəsi barədə məlumat verib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi