“Aprel döyüşləri” ilə bağlı mühazirə
Aprelin 6-da məktəbin tarix müəllimi Xəyalə Quliyeva tərəfindən “Aprel döyüşləri” ilə bağlı mühazirə keçirilib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş münaqişə haqqında məlumat verilib. Azad olunmuş Talış və Lələtəpə yüksəklikləri, Cocuq Mərcanlı, Gülüstan kəndi və Suqovuşan haqqında videoçarx nümayiş etdirilib. Silahlı təxribatların qarşısının alınmasında igidlik göstərərək şəhid olmuş Azərbaycan oğulları haqqında ətraflı məlumat verilib. Ölkə prezidenti İlham Əliyevin çıxışları dinlənilib.