"Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda seminar

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 16 yanvar 2023-cü il tarixli, 3-29-59/3-2-12F/2023 nömrəli əmrinə əsasən məktəbin akt zalında "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda seminar keçirilib. Seminar 8 "A" sinif şagirdləri, təşkilatçı Qönçə Cəfərova, Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova tərəfindən təşkil edilib.

8 "A" sinif şagirdləri Səfurə Hacıyeva və Əli Əliyev Heydər Əliyevin mənalı ömür yolu haqqında məlumat veriblər. Daha sonra Ceyran müəllimə Ulu Öndərin Respublikamıza başçılıq etdiyi bütün dövrlərdə apardığı azərbaycançılıq ideologiyası haqqında ətraflı məlumat verib.

Sonda Qönçə müəllimə bir daha Ulu Öndərin Azərbaycanın inkişafında göstərdiyi xidmətlərdən danışıb. 

Seminarda dahi liderimiz haqqında verilən suallara cavablar verilib. Ulu Öndərin mənalı ömür yolu və gəncliyimizə əmanət etdiyi Azərbaycanımızın müstəqilliyi haqqındakı vəsiyyətləri şagirdlərə çatdırılıb. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi