31 Mart Azərbaycanlıların Soyqırımı Günü

Martın 31-də məktəbin tarix müəllimi Vüsal Qafarov tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı şagirdlər məlumatlandırılıb. 1918-ci  ilin 30 mart və  3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsindən danışılıb. Tarixi faktlar şagirdlərin diqqətinə çatdırılıb. Ulu öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 Mart Azəbaycanlıların Soyqırım Günü ilə əlaqədar sərəncam imzalaması barədə məlumat verilib. Ölkə prezidentinin Qubada soyqırım qurbanlarının xatirəsinə əbədiləşdirdiyi Quba Soyqırımı Memorial Kompleksi haqqında söhbət açılıb. 

Tədbirdə soyqırım qurbanlarının ruhu dərin ehtiramla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi