Mütaliə Günü ilə əlaqədar “dəyirmi masa”

Martın 30-da məktəbdə Mütaliə Günü ilə əlaqədar “dəyirmi masa” keçirilib. Rəisə İsrafilova mütaliənin nə qədər mühüm olduğu haqqında şagirdlərə məlumat  verib. Müasir dövrümüzdə informasiya vasitələrinin çox olmasına baxmayaraq, kitabla yaxından təmasın başqa bir mədəniyyət olduğu şagirdlərin diqqətinə çatdırılıb. Kitaba sevgi anlayışının nəsildən-nəslə ötürülməsinin vacibliyi vurğulanıb. Şagirdlərin mütaliə vərdişlərinin formalaşmasına müsbət təsir edən maarifləndirmə tədbirlərindən danışılıb. Dəyirmi masa V.Belinskinin sözləri ilə tamamlanıb: "Uşaq kitabları tərbiyə üçün yazılır, tərbiyə isə böyük işdir: o, insanın taleyini həll edir".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi