"Sağlam qida aylığı"
Martın 29-da məktəbdə texnologiya dərsində "Sağlam qida aylığı" mövzusunda "açıq dərs" keçirilib. Şagirdlərə sağlam qidalanma və bunun üçün vacib olan qaydalar çatdırılıb. Qidalardan aldığımız enerji haqqında videoçarx nümayiş etdirilib. Tərəvəz və meyvələrin istifadədən öncə yuyulması qaydalarından danışılıb. Həmçinin bu ərzaqların bişirmə texnologiyaları diqqətə çatdırılıb. Müxtəlif tərəvəzlərin tərkibləri və onların orqanizmə təsirləri haqqında məlumat verilib.