"Bir əsrin şahidi" adlı tədbir

Martın 17-də məktəbin 100 illiyi münasibətilə tədbir keçirilib.

Bir əsrlik tarixi olan məktəbin əsas binasını Hacı Zeynalabdin Tağıyev tikdirib. Bu məktəb bir çox tarixi hadisələrin şahidi olub. Buna görə də tədbirə "100 ilin şahidi" adı verilib. Məktəbin bir çox məzunları həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən tanınmış insanlardır. Azərbaycanı layiqincə təmsil edirlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Məktəbin gənc direktoru Əzizə Abasova gələn qonaqları salamlayaraq tədbiri açıq elan edib. 

Şagirdlər bir əsrlik tarixi olan məktəbin fəaliyyətini hazırlanmış səhnələrdə canlandırıblar. Məktəbdən məzun kimi ayrılan bəzi şagirdlər bu məktəbə yenidən qayıdaraq müəllim kimi fəaliyyətə başlayıblar. Bu müəllimlər haqqında da slayd nümayiş olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, millət vəkili Nigar Arpadarayi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, tanınmış müğənni, bəstəkar Akif İslamzadə, aktrisa Gülşad Baxşıyeva çıxış edərək məktəblə bağlı xatirələrini bölüşüblər. Tədbirdə məktəbdə 46 il müəllim və tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmiş Nurməmməd Laçınov da qonaqlar arasında idi.

Əziz və doğma məktəb, 100 yaşın mübarək! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi