Novruz bayramı ilə bağlı ədəbi-bədii kompozisiya

Martın 16-da məktəbdə "Dəyərlərimizi qoruyaq" adlı ədəbi-bədii kompozisiya keçirilib. Milli ruhda bəzədilmiş foyedə al-əlvan geyinmiş şagirdlərin əllərindəki səməni, nərgiz gülü, xonça baharın gəlişindən xəbər verirdi. Şagirdlərimiz Novruz bayramı ilə bağlı şeirlər, bayatılar ifa edib, səhnəciklər göstəriblər. Tədbirdə Novruz bayramının tarixindən, Su, Od, Yel, Torpaq çərşənbələri ilə bağlı adət-ənənələrdən, mərasimlərdən söz açılıb. Kosa ilə Keçəlin gəlişi, duzlu-məzəli çıxışları tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb. Şagirdlər Novruz atributlarını, ənənələrini əks etdirən səhnəciklər, yarışlar keçiriblər.

Sonda məktəbin foyesində şagirdlərimiz bahar bayramı ilə bağlı əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi