"Novruzda təbiət" adlı sərgi
Məktəbdə milli bayramımızla əlaqədar "Novruzda təbiət" adlı sərgi keçirilib. Sərgidə "Novruz"un əsas atributlarını əks etdirən əsərlər nümayiş etdirilib. Həmçinin hər bir şagirdin öz bədii-estetik baxışlarını əks etdirən əl işləri təqdim edilib. Nümayiş olunan əsərlər içərisində milli geyimlər, mis qablar şagirdlərdə xoş ab-hava yaradıb.