"Xocalı əsrin faciəsi" adlı tədbir
Fevralın 25-də məktəbin akt zalında 2"A" və 4"B" sinif şagirdlərinin hazırladığı "Xocalı əsrin faciəsi" adlı tədbir keçirilib. Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, səhnəcik nümayiş olunub. Şagirdlər törədilən faciəyə diqqəti cəlb edərək Azərbaycan xalqının dözümünü və əzmini vurğulayıb. Xocalı sağalmaz yaramız olsa da 44 günlük Vətən Müharibəsində qazanılan zəfər bu faciəni törədənlərə verilən ən ağır zərbə olmuşdur. Azərbaycan Dövlət Himni ilə başlayan tədbir vəfat edən vətəndaşlarımızın 1 dəqiqəlik sükutla anmaqla sonlanıb.