Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi
Fevralın 24-də "Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq məktəbdə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Şagirdlər bu sərgidə öz ürək ağrılarını, düşmənə qəzəblərini əyani surətdə nümayiş etdiriblər. Soyqırımdan 31 il keçməsinə baxmayaraq bu faciə hər bir azərbaycanlının qan yaddaşına yazılaraq qalmış, silinməz izlər qoymuşdur. Sərgidəki şəkillər də bunu özündə əks etdirir. Gənc nəsil bu faciəni unutmayıb və heç bir zaman da unutmayacaq. Xocalı bizim qan yaddaşımızdır.