Xocalı faciəsini unutmayaq!

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu faciəni ümummilli lider Heydər Əliyev bu cür qiymətləndirmişdir. 

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Bu gün artıq bu faciədən 31 il keçir. Bu faciəni unutmadıq və heç bir zamanda unutmayacayıq. Məktəbin 2 "A" sinif müəllimi Xatirə Qurbanova öz şagirdləri ilə bu faciə qurbanlarını bir daha anmaqla, onlara həsr olunmuş şeirlər söyləyib.

Bundan əlavə məktəbin kitabxanasında da Xocalı soyqırımı anılıb. Tədbirdə şagirdlər faciə qurbanlarını əks etdirən şəkilləri tutaraq onlara aid şeirlər söyləyiblər. Sonda isə "Xocalı faciəsini unutma" şüarı ilə tədbirə yekun vurulub. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi