Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Fevralın 21-də məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Hər bir xalq öz dili ilə yaranır" başlıqlı tədbir keçirilib.  Tədbirdə şagirdlərin ifasında bədii kompozisiya təqdim olunub. Texnoloji yeniliklərlə bağlı müasir nəslin gündəlik həyatda asanlıqla işlətdiyi, lakin yaşlı nəslin çətinliklə mənimsədiyi sözlərlə bağlı hazırlanmış səhnəcik göstərilib. Həmçinin Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən milli birlik ideyasını əks etdirən kiçik bir səhnə nümayiş etdirilib. Tədbirdə xorun ifasında Emin Sabitoğlunun "Şirin dil", o cümlədən "Şuşanın dağları" rəqsi də şagirdlərin ifasında təqdim olunub. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Tədbirdə həmçinin Azərbaycan dilinin inkişafında xidmətləri olan ədiblər haqqında söhbət açılıb. Dilimiz haqqında ulu öndər Heydər Əliyevin çıxışı videoçarx şəklində nümayiş olunub. Tədbir Üzeyir Hacıbəyovun qəhrəman əhval-ruhiyyəsini daşıyan "Cəngi"  pyesi ilə tamamlanıb. 

Son söz olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova dilimizin keçdiyi çətin və şərəfli tarixi dövr haqqında geniş məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi