Milli Qəhrəman Yusif Mirzəyevin "Anım Günü" keçirilib

Fevralın 17-də Milli Qəhrəman Yusif Mirzəyevin adını daşıdığı 44 nömrəli tam orta məktəbdə Anım Günü keçirilib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə düşmənə sarsıdıcı zərbələr vurmuş qəhrəmanın keçdiyi həyat yolu dərin ehtiramla anılıb. Tədbirdə məktəblilərin ifasında dövlət himni, vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndirilib. Şagirdlərin ifasında səhnəcik təqdim olunub. Milli Qəhrəmanın bacısı Nailə Mirzəyeva və qızı Nurlana Mirzəyeva çıxış edərək tədbirin təşkilatçısı Qönçə Cəfərovaya öz təşəkkürünü bildirib. 

Məktəbin direktoru Əzizə Abasova Yusif Mirzəyevin yaxınlarına başsağlığı verərək şəhidin keçdiyi qəhrəmanlıq yolunun şagirdlərə örnək olduğunu vurğulayıb. Sonda vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi