Maarifləndirici tədbir

Fevralın 3-də Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev və əməkdaşlarının iştirakı ilə məktəbdə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya "yox" deyək" adlı maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru Əzizə Abasova çıxış etmək üçün ilk sözü polis polkovniki Mirnemət Mirbabayevə verib. Narkomaniyanın müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri olduğu vurğulanıb. El arasında "ağ ölüm" kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayının ildən-ilə artdığı qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatları şagird və müəllim kollektivinin diqqətinə çatdırılıb. 

Vaxtilə işğala məruz qalmış Dağlıq Qarabağ və ətraf ərazilərdə xeyli narkotik laboratoriyaların olmasının aşkar edildiyi vurğulanıb. Müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi olduğunu qeyd etməsi bir daha şagirdlərin nəzərinə çatdırılıb.  

Sonda Prezident İlham Əliyevin 2019-cu il 22 iyun tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramı haqqında məlumat verilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi