2 Fevral-Gənclər Günü

2 Fevral Gənclər Günü ilə bağlı məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Qönçə Cəfərovanın rəhbərliyi ilə şagirdlərlə "dəyirmi masa" keçirilib. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün ilə gənclər siyasətinin əsasının qoyulduğu vurğulanıb. Əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün  ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Gənclərin müxtəlif sahələrdə qazandıqları uğurlardan söhbət açılıb. Gənclər üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-da Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsi qəhrəmanlarından söz açılıb. Həmçinin gənc nəslin üzləşdikləri problemlər səsləndirilib. Tədbir İlham Əliyevin gənclərlə görüşündən olan  çıxışı ilə tamamlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi