20 Yanvara həsr olunmuş tədbir

Yanvarın 19-da məktəbin akt zalında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar "Qərənfildən Xarıbülbülə qədər uzanan bir tarix" adlı tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunduğu vurğulanıb. Həmçinin, Azərbaycan tarixinə qanla yazılmış bu tarix təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu diqqətə çatdırılıb. Sovet imperiyasının törətdiyi vəhşiliklər, ulu öndər Heydər Əliyevin hələ Moskvada olarkən Azərbaycan nümayəndəliyinə gələrək bu hadisələrə dərhal münasibət bildirməsi videoçarx şəklində nümayiş etdirilib. Bu mövzuya həsr edilmiş şeir parçaları və tarixi faciəni əks etdirən səhnəcik təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi