"Qan yaddaşımız" adlı tədbir

Yanvarın 19-da məktəbin kitabxanasında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş "Qan yaddaşımız" adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Əzizə Abasova şagirdlərə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş məlumat verib. Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər, bayatılar söyləyib, tamaşalar nümayiş etdiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi