Şəhidlər Xiyabanına ziyarət
Yanvarın 18-də məktəbin IX "A" sinif şagirdləri coğrafiya müəllimi Ağca Quliyevanın rəhbərliyi ilə Şəhidlər Xiyabanına ziyarət ediblər. Ziyarət zamanı Ağca müəllimə şagirdlərə 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.