Məktəbdə “Gənc istedadlı rəssamlar” adlı sərgi təşkil edilib

Məktəbdə “Gənc istedadlı rəssamlar” adlı bir neçə şagirdin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Sərgidə XB sinif şagirdi Hacıyeva Salatının və VIIIB sinifdə oxuyan Orucov Natiqin rəsm əsərləri nümayiş edilib. Sərgidə məktəbin direktoru , tədris hissə müdiri, tərbiyə işləri üzrə direktor müavini, müəllimlər və şagirdlər iştirak edib. Hər iki şagirdin rəsm əsərləri çox böyük maraq doğurub. VIIIB sinifdə oxuyan N.Orucovun sulu və rəngli boya ilə çəkdiyi “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan sülhsevər ölkədir” vəs.əsərləri sərgi iştirakçılarının daha çox diqqətini cəlb edib. XB sinif şagirdi S.Hacıyevanın “Azərbaycanın köksünə saplanmış qılınc”, rəngli boya ilə çəkdiyi “Azərbaycan rəngləri” təbiət rəsmləri daha çox göz oxşayıb. Sərgidə Samirə xanım şagirdlərin əl işlərini rəğbətləndirib onlara məktəb müdiriyyəti adından tərifnamələr verib. Tədbirin təşkilatçısı Qönçə müəllimə belə sərgilərin başqa şagirdlərin də əl işlərindən olacağını söyləyib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi