"Uşaqlar tarixi həqiqətləri bilməlidirlər" adlı sərgi

Yanvarın 18-də məktəbdə 20 Yanvar Hüzn Gününün otuz üçüncü ildönümünə həsr edilmiş "Uşaqlar tarixi həqiqətləri bilməlidirlər" adlı sərgi keçirilib. Sərgidə şagirdlərin əl işləri nümayiş etdirilib. Ədəbi-bədii kompozisiya təqdim olunub. 6 "C" sinif şagirdi Zəhra Əliyevanın Şəhidlər Xiyabanında uyuyan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün hazırladığı maket şagirdlərin diqqət və marağına səbəb olub.