20 Yanvar faciəsi-tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.

Yanvarın 17-də məktəbin hərbi rəhbəri Rauf Nəcəfquliyev, tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova və XI sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar Hüzn Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da Sovet imperiyasının Azərbaycan xalqının iradəsini qıra bilməməsindən, azadlıq uğrunda göstərdiyi xəsarətdən söhbət açılıb. Bu qətliamın o vaxtkı hakimiyyətə başçılıq edən Mixail Qarbaçovun və onun əlaltılarının törətdiyi vurğulanıb. 20 Yanvar hadisələrinə siyasi qiymətin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verildiyi diqqətə çatdırılıb. Qanlı şənbə gecəsini əks etdirən videoçarx nümayiş etdirilib. Azərbaycan dövləti və xalqı uğrunda şəhid olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi