Həmrəylik Günü və Yeni il tədbiri

Artıq 31 ildir ki, dünya azərbaycanlıları 31 Dekabr tarixini ümummilli birliyin, həmrəyliyin rəmzi kimi qeyd edirlər. Bu adi təqvim günü ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaddaqalan tarixə çevrildi. Məktəbimizdə də bu gün təmtəraqla qeyd edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tarixi gün haqqında videoçarx təqdim olunub. Şagirdlər ingilis, alman dillərində səhnəcik və musiqi nömrəsi təqdim ediblər. Həmçinin rəqs nömrələri də göstəriblər. Tədbirdə həmçinin Yeni il təbrikləri də səslənib.

Məktəbin direktoru Əzizə Abasova müəllim kollektivini və şagirdləri Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib. Şagirdlərə qarşıdan gələn ildə yeni nailiyyətlər əldə etməyi arzulayıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi