Məktəbin 5, 6, və 7-ci sinif şagirdləri "İçərişəhər" Tarixi-Memarlıq Qoruğuna ekskursiyaya gediblər
13 dekabr 2016-cı il tarixində məktəbin 5, 6, və 7-ci sinif şagirdləri sinif rəhbəri və UBR ilə birlikdə "İçərişəhər" Tarixi-Memarlıq Qoruğuna ekskursiyaya gediblər. Ekskursiya Təhsil Nazirliyi tərəfindən təşkil olunub. Şagirdlər Qız qalası, Şirvanşahlar sarayı və Miniatür kitab sərgisində olub, bu tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.