10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür

10 dekabr dünyada Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu mövzuda məktəbin biologiya müəllimi Nuranə Abbasova və 10 "B" sinif şagirdlərinin iştirakı ilə "dəyirmi masa" keçirilib. "Bütün insanlar azad və bərabərdir" tezisinə əsaslanaraq Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul etdiyi diqqətə çatdırılıb. Hər bir insan malik olduğu irqindən, dinindən, dilindən asılı olmayaraq azad olmaq hüququna malikdir. Azərbaycanda da məhz ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə ölüm hökmünün ləğv olunması ölkəmizdə insan hüquqlarının qorunmasının təmin olunması kimi dəyərləndirilir. Bu sahədə böyük uğurlara imza atan ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezident kimi fəaliyyəti dövründə KİV-lərə verilən IV hakimiyyət azad mətbuatın inkişafına təkan vermişdir. Tədbirdə insan haqları pozulmuş bəzi ölkələrlə bağlı video süjetlər təqdim olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi