“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur " mövzusunda tədbir keçirilib

Məktəbdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı Tədbirlər Planına”na uyğun olaraq “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru ulu öndərimizin xatirəsini 1 dəqiqəlik sükutla anılmasını bildirib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Şagirdlər ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən fikirlər söyləyiblər. Ədəbi - bədii kompozisiyada Azərbaycanın böyük oğlu Heydər Əliyev şəxsiyyəti bir daha işıqlandırılıb. Onun mənalı ömür yolu gənc nəslə bir həyat örnəyi olması xüsusi vurğulanıb. Daha sonra ədəbiyyat müəllimi Ceyran Həşimova ümummilli liderin - müstəqil Azərbaycanımızın qurucusu olan Heydər Əliyevin daima xalqın ürəyində əbədi xatirəyə çevrilməsindən danışıb. Tədbirin sonunda təşkilatçı Qönçə xanım ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev siyasətindən danışıb və bildirib ki, xalq həmişə prezidentimizin arxasındadır, onu dəstəkləyir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi