"Anım Günü" ilə əlaqədar tədbir

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı məktəbdə 2 "A" və 3 "A" sinif şagirdləri arasında tədbir keçirilib. Tədbirdə şagirdlər ulu öndərin həyat fəaliyyətini əks etdirən şeirlər söyləyiblər. 

İllər, əsrlər keçsə də nə Azərbaycan, nə də Azərbaycan xalqı öz yaradıcısını unutmayacaq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi